Azərbaycanın ikinci peyk proqramı üzrə konsultant məlum olub

ABŞ-ın “Global Recourses Inc. ” konsaltinq şirkəti Azərbaycanın “Azerspace-2 ” telekommunikasiya peykinin orbitə buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) hazırlamağa başlayacaq. Bunu çərşənbə günü Trend-ə “Azərkosmos ” ASC-dən deyiblər…

ABŞ-ın “Global Recourses Inc. ” konsaltinq şirkəti Azərbaycanın “Azerspace-2 ” telekommunikasiya peykinin orbitə buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) hazırlamağa başlayacaq. Bunu çərşənbə günü Trend-ə “Azərkosmos ” ASC-dən deyiblər.

 

Ötən il avqustun 28-də “Azərkosmos ” ASC və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant sazişində nəzərdə tutulmuş prosedurlar yekunlaşdıqdan sonra işlərə başlanılacaq.

 

USTDA TİƏ-nin hazırlanması məqsədi ilə 500 min dollar həcmində qrant ayırıb.

 

TİƏ çərçivəsində “Azerspace-2 ” peykinin tikintisi üçün iqtisadi, texniki və maliyyə imkanları, peykin buraxılması və orbitdə istismarı, layihənin maliyyələşdirilməsi məsələləri və digər aspektlər müəyyənləşdiriləcək.

 

TİƏ-nin 2014-cü il iyunun 30-dək hazırlanacağı gözlənilir.

 

“Azerspace-2 ” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

 

Trend.az