Azərbaycanın müdafiə naziri Serbiyaya səfər edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyaya səfər edəcək…

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyaya səfər edəcək.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Fevralın 17-də başlayacaq və iki gün davam edəcək səfər Serbiyanın müdafiə naziri cənab Neboyşa Rodiçin dəvəti ilədir.

 

Səfər çərçivəsində Serbiyanın rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və “Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş “in imzalanması nəzərdə tutulub.

 

Apa.az