Azərbaycanın müdafiə təyinatlı məmulatları Malayziyada nümayiş etdiriləcək

132 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur…

132 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar Malayziyada keçiriləcək “DSA -2014” sərgisində nümayiş etdiriləcək.

Oxu.Az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, aprelin 14-dən 17-dək Malayziyanın Kuala Lumpur şəhərində keçiriləcək XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdiriləcək.

Bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Məlumata görə, Beynəlxalq sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 132 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.

Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, atıcı silahları, zirehli texnikaları, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.

www.oxu.az