Azərbaycanlılarla ermənilər arasında kütləvi dava

Azərbaycanlı fəallar kilsədə erməni nümayəndələrinin təhqirləri ilə üzləşiblər…

Azərbaycanlı fəallar kilsədə erməni nümayəndələrinin təhqirləri ilə üzləşiblər.

İranın Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində yerli azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib.

Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bir qrup azərbaycanlı fəal Culfanın “Xaraba dəyirman” kilsəsini ziyarət etməyə gedib. 

Onların arasında Babək Kiyumərsi, Mehdi Rzayi və Səid Sultani kimi tanınmış azərbaycanlı fəallar da olub. Ancaq azərbaycanlı fəallar kilsədə erməni nümayəndələrinin təhqirləri ilə üzləşiblər. Nəticədə tərəflər arasında münaqişə baş verib. Azərbaycanlı fəalların qarşıdurma zamanı müxtəlif xəsarətlər aldığı bildirilir.

İran təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlib və münaqişənin böyüməsinin qarşısını alıblar. 

www.oxu.az