Azərbaycan Almaniyadan güzəştli maliyyə vəsaitlərinin alınmasına dair Sazişi təsdiq edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında Maliyyə Əməkdaşlığı haqqında ” Sazişin (2008-2012-ci illər üzrə) təsdiq edilməsi barədə ” Qanun qəbul edilib…

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında Maliyyə Əməkdaşlığı haqqında ” Sazişin (2008-2012-ci illər üzrə) təsdiq edilməsi barədə ” Qanun qəbul edilib.

Trend xəbər verir ki, Qanun layihəsi barədə məlumat verən Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, adıçəkilən saziş 2013-cü il noyabrın 28-də Azərbaycan Respublikasının sosial və iqtisadi inkişafına kömək etmək məqsədi ilə Azərbaycan və Almaniya hökumətləri arasında imzalanıb.

Sazişə əsasən, Azərbaycan hökuməti ölkədə müxtəlif layihələrin həyata keçirilməsi üçün dövlət əməkdaşlığı çərçivəsində Almaniyanın KfW bankından milyonlarla avro həcmində güzəştli ssuda vəsaitləri ala biləcək.

/Trend/