Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 21-də Azərbaycan Respublikasının Ağdam rayonunun Baş Qərvənd və Əhmədağalı kəndləri arasında yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır…

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 21-də Azərbaycan Respublikasının Ağdam rayonunun Baş Qərvənd və Əhmədağalı kəndləri arasında yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər.

 

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Uilyam Prayor keçirəcəklər. /Trend/