Azərbaycan Silahlı Qüvvələrində mülki heyətin sayı artırılır

Müdafiə Nazirliyinin hərbi birləşmələrində bir sıra xidmət və vəzifələr mülki işçilərə həvalə olunur…

Müdafiə Nazirliyinin hərbi birləşmələrində bir sıra xidmət və vəzifələr mülki işçilərə həvalə olunur

 

 Azərbaycan Silahlı Qüvvələrində mülki heyətin sayı artırılır.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, hazırda Müdafiə Nazirliyinin hərbi birləşmələrində bir sıra xidmət və vəzifələr mülki işçilərə həvalə olunur.

 

«Bura təsərrüfat işləri, kargüzarlıq, bəzi obyektlərin mühafizə və sair daxildir», – deyə nazirlikdən qeyd olunub.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, hərbi hissələrdə mülki işçilərin işə götürülməsi prosesi aparılır. Mərhələli şəkildə hərbi hissələrdə aşpaz və qulluqetmə ilə bağlı işlərin tam olaraq mülki işçilərə həvalə edilməsi planlaşdırılır.

/Apa/