Azərbaycan Türkiyədən “Mızrak-U” almaq istəyir

Raket sistemi gecə və gündüz, bütün hava şəraitində vəzifəsini icra edə biləcək…

Raket sistemi gecə və gündüz, bütün hava şəraitində vəzifəsini icra edə biləcək.

Azərbaycan Türkiyədə hərbi sənaye sahəsində fəaliyyət göstərən “Roketsan” şirkətinin istehsalı olan “Mızrak-U” tank əleyhinə uzunmənzilli raket sistemini almaq istəyir.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Roketsan”ın mühəndislərinin istehsal etdikləri “Mızrak-U” helikopterdən ilk testini uğurla reallaşdırıb. Yenilik tankların qorxulu röyası adlandırılıb.

“Mızrak-U” “AH-1S Cobra” helikopterindən 3 min 500 metr mənzilə atışda hədəfi uğurla vurub.

8 kilometr mənzillə ana müharibə tanklarını vuracaq olan “Mızrak-U” yüksək vuruş ilə zirehləri asanlıqla dələ bilər. Sistem 2015-ci ildə kütləvi istehsala keçiriləcək. “Mızrak-U” gecə və gündüz bütün hava şəraitində vəzifəsini icra edə biləcək.

Təkmilləşdirilmə mərhələsində olan Milli Atak helikopterinin tank əleyhinə sistemi kimi tanınan “Mızrak-U” helikopter, quru maşını, sabit platforma, yüngül hücum təyyarəsi, dəniz platforması kimi texnikaya inteqrasiya edilə bilir.

Qeyd edək ki, “Mızrak-U”nu Azərbaycan ilə yanaşı Pakistan da almaq niyyətindədir.

/oxu.az/