Azərbaycan və ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə edib

Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, görüş zamanı regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay iştirak ediblər.

/Trend/