Azərbaycanda bütün yeni tikililər “ASAN xidmət”-də qeydiyyatdan keçəcək

İlin axırına kimi proses başa çatacaq…

İlin axırına kimi proses başa çatacaq.

 

Azərbaycanda paytaxtda tikilmiş, Fövqəladə Hallar Nazirliyindən dövlət qəbulu aktını almamış bütün yeni binaların siyahısı hazırlanır.

 

Oxu.Az abc.az-a istinadən bildirir ki, etibarlı mənbələrdən alınan məlumata görə, hal-hazırda ölkə başçısının göstərişinə müvafiq olaraq bütün yeni binaların qeydiyyat mexanizmi hazırlanır.

 

“İlin axırına qədər bütün binalar dövlət qəbulu haqqında akt alacaqlar, bundan sonra isə orda məskunlaşan sakinlər “ASAN xidmət”-ə müraciət edərək mülkiyyət haqqını təsdiqləyən mülkiyyət kağızını ala bilərlər” – mənbə bildirib.

 

“ASAN” – mərkəzləri keçən həftə texniki pasport, mənzil və fərdi evlərə mülkiyyət hüququ dövlət qeydiyyatlarının verilməsi hüququnu alıb.

 

Öz həllini 60 ildən çoxdur ki, tapmayan, Qanunsuz tikili problemi öz həllini taparaq Azərbaycanda dövlət qeydiyyatı hüququ alacaq.

 

Oxu.Az abc.az-a istinadən bildirir ki, mülki məsələlər üzrə Dövlət komitəsində bildiriblər ki, belə tikililərin qeydiyyat mexanizminin yaradılmasına ölkə prezidenti İlham Əliyev sərəncam verib.

 

“Sərəncama müvafiq olaraq, Prezident yanında fəaliyyət göstərən, Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət agentliyi, “ASAN xidmət” vasitəsi ilə artıq çıxarışlar, texniki pasport, mənzil və fərdi evlərə mülkiyyət hüququ dövlət qeydiyyatlarının verilməsinə başlayıb. Mərkəzlərə Dövlət komitəsinin əməkdaşları da cəlb ediləcək. “ASAN” -ın sorğularına müvafiq olaraq əvvəllər hər hansı bir səbəbdən qeydiyyatdan keçməyən mənzil və tikililər qeydiyyatdan keçəcək”, – deyə, Dövlət komitəsində bildirilib.

 

Qeyd edək ki, lazım olduğu halda, Dövlət komitəsindən fərqli olaraq “ASAN xidmət” mərkəzləri müraciət edənlərə, mülkiyyəti qeydiyyatdan keçirərkən, lazım olduğu halda hüquqi yardım edə bilər.

 

/oxu.az/