Azərbaycanda “inqilab ssenarisi “: alver, acgözlər, villalar və milyonlar

 İstənilən formada kütləvi vətəndaş itaətsizliyi, qiyam və ya inqilab üçün səbəb, zəmin və minimal ideoloji baza ilə yanaşı, bu proseslərə rəhbərlik edib onları həyata keçirəcək insanlar gərəkdir…

 İstənilən formada kütləvi vətəndaş itaətsizliyi, qiyam və ya inqilab üçün səbəb, zəmin və minimal ideoloji baza ilə yanaşı, bu proseslərə rəhbərlik edib onları həyata keçirəcək insanlar gərəkdir.
 
Qərb Azərbaycandla strateji və geosiyasi tərəfdaş, müttəfiq və əməkdaş olduğunu desə də, onlarla beynəlxalq təşkilat, habelə müxtəlif ölkələrin hakimiyyət dairələrinin ən yüksək qatlarındakı fiqurların himayə və nəzarət etdikləri qurumlar illərdir ki, Azərbaycanda hakimiyyət dəyişikliyini reallaşdırmağa can atır.
 
Daha konkret olsaq, ABŞ-ın siyasi dairələri Bakıdakı hakimiyyətə təzyiq vasitəsi kimi müxalifətin gücləndirməyi, hadisələrin lokomotivinə çevirməyi və bununla da tərs mütənasibliklərin müvazinəti prinsipi ilə məqsədlərinə çatmağa səy göstərirdilər.
 
İsmayıllı və Quba hadisələri, sonra Bakıda əsgər ölümlərinə etiraz aksiyaları adı ilə yürüşlər, mitinqlər və hətta piketlərin keçirilməsinin sırfı siyasi-ictmai təşkilatların təşəbbüsü olduqlarına inananlar hələ də 20-ci əsrin ortalarında qalmış adamlar olmalıdır yəqin.
 
Çünki bütün bu proseslərin arxasında okeanın o tayındakı rejissorlar durur və durum məlum.

O da bəllidir ki, ABŞ ilə Avropa Birliyinin inamları Bakıda puç olub: yerli müxalifətçilər onlarla bağlı gözləntiləri doğrultmadılar, ümidləri çiliklədilər və əslində siyasi meyit olduqlarını göstərdilər.
 

Qərb bunu anladı, amma çox gec

– ötən ilin ortalarında…
 

ABŞ və Avropa Birliyi ölkələrinin müxtəlif təşkilatlarının Azərbaycandakı QHT-lərə ayırdıqları vəsait 2001-2012-cü illər arasında 43 milyon dollardan artıq olub. 2013-cü il statistikada önəmli sayılmır, çünki Vaşinqton və Brüsseldəki donor təşkilatlar Bakıda qrantyemə əməliyyatlarının çətinləşdiyini, ən başlıcası isə ayrılan pulların məqsədli xərclənmədiyini anlayaraq kisələrin ağızlarını bağlamağa başlamışdılar.
 
USAİD, CANVAS, Oxfam (Oxford Committee for Famine Relief), “Freedom House”, Açıq Cəmiyyət İnstitutu, EED (European Endowment for Democracy)… Siyahı uzundur və burada 28 təşkilatın adı var.
 
Haqqın.az bu barədə yazır: C.Soros Azərbaycan ictimaiyyətini etiraza qaldırmaq cəhdlərinin əbəs olduğunu anlayınca daha çox pul itirməmək qərarı verdi və özünün Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəiyini sadəcə olaraq bağladı. Niyə də olmasın?! C.Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiq desək, 25 milyon 505 min dollar pul xərcləmişdi (verilən qrantların bütün hesabatları şəffaf idi və mətbuatda dərc olunub).
 
Açıq Cəmiyyət İnstitutu nümayəndəliyinin direktoru Fərda Əsədovun rəhbərliyi dövründə burada korrupsiyanın və “otkat”ların çiçəklənməsi barədə də Bakının az qala hər tin-bucağını belə böyük şayiələr bürümüşdü. Bu şayiələr gedib Nyu-Yorka da çatdı. Nəticədə F.Əsədov direktorluqdan çıxarıldı.
 
Soros Fondundan ən çox qrant alan fəallardan biri Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu idi. Q.İbadoğlu qardaşı Vüqar Bayramovla birgə Azərbaycan qrant mafiyasının “xaç ata”larından biri sayılır. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. Bu isə təxminən Yanukoviçi devirməyə göstərilən birinci cəhd üçün ayrılan məbləğ qədər vəsait deməkdir.
 
C.Sorosun səxavətlə qrant verdiyi şəxslər arasında hökumətin tanınmış tənqidçilərinin də adı yer alır: iqtisadçı-ekspertlər Azər Mehtiyev və cəbhəçi Rövşən Ağayev (108 min 613 manatlıq 12 qrant), sumqayıtlı müxalifətçi Elçin Həsənov (17 min manat), müxalifətçi Əvəz Həsənov (17 min 430 manat), hüquqşünas İntiqam Əliyev (83 min 795 manat), hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı (65 min 382 manat) və s.
 
Allah onların da, Sorosun da köməyi olsun. Sorosun missiyası onsuz da Amerika xarici siyasətinin məqsəd və arzularını dollarla dəstəkləməkdən ibarətdir. Bəs onda Oxfam kimi təşkilatın ölkənin siyasi həyatına cəlb olunmasını necə izah etmək olar? Britaniyanın “Aclıq Çəkənlərə Yardım Komitəsi “nin (ingiliscədə adı belədir: Oxford Committee for Famine Relief) sevimliləri arasında həmin bu Qubad İbadoğlu və ona bağlı QHT-lər öndə gəlir. İndiki hökuməti devirmək istəyini gizlətməyən müxalifətçi Zöhrab İsmayıl da Oxfam favoritlərindəndir. Z.İsmayıl cəbhəçi Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə Oxfamdan 47 min 760 avro məbləğində 3 qrant, müsavatçı Q.İbadoğlu isə 534 min 254 avro məbləğində 17 qrant alıb.
 
MKİ-nin fondu olan NED-in prototipi EED (European Endowment for Democracy), yəni Avropa Demokratiyaya Yardım Fondu kömək edir. Avropa Komissiyası və Aİ üzvü olan bir sıra ölkələr təfəindən təsis olunmuş EED faktiki olaraq Avropa İttifaqının hökumət fondudur.
 
EED 2014-cü ildə “Azərbaycan gəncliyinin sosial fəallığının artırılması treyninqləri”nə 13 min manat ayırır. Bunlar “Azərbaycan gəncliyinin sosial fəallığı” deyəndə nəyi nəzərdə tuturlar? Yaxud başqa bir layihə haqda. Açıq-aşkar müxalifətçi mövqeyində dayanan bir təşkilat “Gənclərin vətəndaş fəallığının gücləndirilməsi” adlı layihəyə görə EED-dən 50 min avro alıb.
 
Antiəliyev müxalifətinin xaricdəki qanadının açıq-açığına ekstremist ruhlu mətbu orqanı olan “Meydan” TV-ni məhz EED maliyyələşdirir. EED “Meydan” TV-nin hesabına 300 min avro pul köçürüb. Bu fakt isə TV rəhbərliyi tərəfindən uzun müddət gizlədilib “.
 
Rusiyadan Azərbaycana və hər yerə…
 
Eramızdan əvvəl 143-cü ildə Qədim Romanın konsulu olmuş Qvint Sesilli Metell tarixdə “Makedonlu ” adı ilə qalmışdı. O, Makedoniyanı fəth etmiş, həmin vaxtadək romalıların daimi başağrısına çevrilən makedoniyalıları içdən parçalayaraq ram etmişdi.
 
Gənc tribunlardan biri Sesilliy Metelldən onun niyyətləri barədə soruşanda hiyləgər konsul söyləmişdi: “Əgər niyyətlərimdən əynimdəki köynəyim belə, xəbərdar olsaydı, onu dərhal çıxarıb oda atardım “.
 
Keçmiş sovet respublikalarında müxtəlif inqilablar və hakimiyyət dəyişiklikləri hazırlayan dövlətlər də niyyətlərini açıqlamırlar. Amma bəzi hallarda, özləri gərək biləndə taktiki planlarından bəhs edirlər.
 
Məsələn, ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol ölkəsinin Rusiya ilə bağlı “bəzi xərclər “indən bəhs etmişdi.
 
İndi Stenford Universiteti nəzdində Demokratiya, İnkişaf və Qanunun Aliliyi Mərkəzinin eksperti, siyasi elmlər professoru olan M.Makfol illər əvvəl New York Times-a açıqlamasında demişdi: “Rusiyadakı qeyri-hökumət təşkilatlarına 50 milyon dollar ayrılıb. Bu pullar insan hüquqlarının müdafiəsi təşkilatlarının maliyyələşdirilməsi, informasiyadan azad istifadənin təminatı, bərabər səviyyədə dialoq meydançalarının yaradılması, gənc siyasi liderlərin inkişaf etdirilməsi, demokratiyanın qəbulu və bazar prinsiplərinin anlayışı baxımından Rusiyanın yeni nəsil liderlərinə yardımlar üçün nəzərdə tutulub “.
 
Daha sonra M.Makfol and-aman etmişdi ki, həmin pullar siyasətçilərin maliyyələşdirilməsinə getmir.
 
“ABŞ rəhbərliyi Rusiyadakı partiyalar, hərəkatlar, namizədlər və ya siyasətçilərə maliyyət yardımları etməyib, etmək niyyətində deyil. Yalnız mübadilə və müstəqil QHT-lər… “, – o zaman səfir olan M.Makfol Twitter-dəki profilində yazmışdı.
 
Bir qədər sonra isə vurğulandı ki, ABŞ Rusiyadakı QHT-lərə yardımı üçün Rusiya üzrə İnvestisiyalar Fondu (TUSRİF) yaratmışdı.
 
Gerçək məqsəd siyasi proseslərə təkan vermək, onları idarə etmək və yönəltmək idi.
 
Rusiyadakı fəallıq Azərbaycana sirayət etməyə bilməzdi.
 
ABŞ və Avropa Birliyi “Azərbaycan strateji tərəfdaşımızdır ” desə də, 2001-ici ildən bəri – yəni tam 13 sənə – Bakıda nəyin bahasına olursa-olsun, hakimiyyət çevrilişinə can atır.
 
Lakin Ukrayna, Gürcüstan, Qırğızıstan və digər ölkələrdən fərqli olaraq, Azərbaycanda iqtidlara qarşı kəskin düşmənçilik mövqeyi tutan siyasi partiyalara, ictimai təşkilatlara və QHT-0lərə yatırılan pullar heç bir effekt vermədi.
 
Əslində, verə də bilməzdi: Qərb ilk addımlardan yanılmış, Azərbaycanda müxalifətin rolunu olduğundan artıq dəyərləndirmiş, “lider “lərin verdikləri vədlərə inanmış, onları potensiala malik ciddi qüvvə saymışdı.
 
Son 10 ildə sadəcə, Azərbaycan Xalq Cəbhəsinin (AXCP) nəzarətində olan müxtəlif QHT-lərin hesablarına 14,36 milyon dollara yaxın vəsaitin köçürüldüyünü nəzərə alsaq, qərblilər heç olmasa “mini-inqilab “ı ödəniş qismində görməli və ya almalıydılar.
 
Görmədilər və almadılar, çünki irili-xırdalı onlarla, daha dəqiq olsaq, 86 QHT həmin pulları fərqli insanların yaşamlarının səviyyəsinin yaxşılaşdırılması, malikanələr, offrouderlərin alınmasına, “lider “lərin övladlarının və qohumlarının xaricdəki universitetlərdə oxumalarına, onların və ailə üzvlərinin sürəkli səyaşətlərinə, ən nəhayət, Bakıda ofislərin icarəyə götürlməsinə və bu əməliyyatları açıb-ağartmamaq üçün yandaş jurnalistlərlə kütləvi informasiya vasitələrinə “görüm-baxım ” etməyə sərf etdilər.
 
Qərbliləri aldadan və onlara bir qədər səbrli olmağı məsləhət görərək az sonra inqilab edləcəklərini deyən adamlar 9 il 7 ay ərzində yalnız İsmayıllı və Quba hadisələrini törədə bildilər.
 
Həmin hadisələrin ssenarisi də bəsitdi.
 
Vətəndaş narazılığı səviyyəsini artırmaq, sırf məişət zəminində yaranmış problemi həndəsi silsilə ilə böyüdərək kütləvi iğtişaşlara çevirmək və sonra da hakimiyyət qarşısında tələblər qoymaq taktikasını əvvəllər postsovet məkanının bir neçə ölkəsində uğurla sınansa da, Azərbaycanda bu mexanizmin çarxları sındı, işlək olmadı.
 
Halbuki İsmayıllı hadisələrinin hazırlanmasına kağız üzərində təxminən 1,3 milyon, Quba hadisələri üçünsə 325 min dollar sərf olunmuşdu. Təbii ki, müxalifət düşərgəsindəki 5 partiya və 3 hərəkatın xərclədikləri məbləğ yüz dəfələrlə az idi.
 
Amma nə olsun: hesabatlarda astronomik rəqəmlər göstərildi, yazıldı və sonra da hesablardan silindi.
 
Əsl məzhəkə
 
Sizcə, Facebook və Twitter-də profillərin yaradılması, sonra da pulsuz bloq-servislərdən birində bloqun açılaraq həftədə 2 yazının oraya yerləşdirilməsi üçn nə qədər vaxt, zaman və pul gərəkdir?
 
Sual sizə qəribə gəlməsin, çünki Azərbaycandakı 3 QHT Oxfam və “Açıq Cəmiyyət İnstititu “ndan alınmış 3 qrant layihəsində bu “ağır əməliyyat “ların yerinə yetirilməsi üçün nə az, nə çox – 18 246 dolların (!) gərəkdiyini yazmışdılar.
 
İnanmaq çətindir, amma Facebook-un nə olduğunu yəqin ki, bizlərdən pis bilməyən amerikalılar da o pulları ayırmışdılar.
 
Təbii, pullar profillərin yaradılması və ya bloqun yazılması üçün verilməmiş, “vətəndaş aktivliyinin artırılması, gənlərin sosial fəallığının gücləndirilməsi ” üçün nəzərdə tutulmuşdu.
 
Bəhs etdiyim pulların bir qismi də kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmuşdu. Çünki ölkədəki populyar saytlar və qəzetlərdə həmin QHT-lərin fəaliyəti ilə bağlı press-relizləri yollayaraq sözügedən media sturkutrlarının rəhbərləri arasındakı insanlarla tanışlıqlardan faydalanan fəndgir “inqilabçılar ” sonradan məlumatlar yayılanda bu fəaliyyəti “mass-media xərcləri ” kimi rəsmiləşdirirdilər.
 
Hesabatlarında “Azərbaycanda narazı kütlənin sosial və siyasi aktivliyinin artırılması üçün zəruri tədbirlər planları “nı göstərən QHT rəhbərləri arasında Quba, Xaçmaz, Nabran, Gəncə, Hacıkənd, İsmayıllı, Qəbələ rayonları çox populyar idi.
 
Məsələn, 2012-ci ildə Bakıdakı 2 QHT “Dövlət qurumlarında transparentliyin artırılması və büdcə xərclərinin şəffaflığının təminatına yönəlmiş prosedurların fəallaşdırılması ” mövzusunda Nabrandakı otellərdən birində 8 günlük seminar keçirmişdi.
 
Seminar yerli QHT-lərin iş prinsiplərinə uyğun olaraq, “gəvəzəlik və boş danışıq ” prinsiplərinə uyğun, təşkilatçıların tam “relaks “ı və istirahətindən ibarətdi.
 
8 günlük seminar üçün iki otellə bağlı xərclər 11300 manat olsa da, hesabatda 52572 manat həcmində göstərilmişdi.

ABŞ və Avropa Birliyinin Azərbaycanda “rəngli inqilab “ı qaçılmaz edəcək şəraitin yaradılmasına ayırdığı pullar bəzən marazm təsiri bağışlayacaq formada xərclənirdi.

Məsələn, “vətəndaşlara pulsuz hüquqi yardım ” müstəvisində fəaliyyət çərçivəsində Bakı və Sumqayıtdakı vəhabilər belə, qrantlardan yararlanırdılar. Bunu özlərini “sələfiyyun mənsubları ” adlandıran vəhabilər belə, gülərək söyləyirdilər.

“İnqilab üçün ” nəzərdə tutulmuş qrantlar “Xəzərdə suiti populyasiyasının azalmasının qarşısının alınması ” və ya Xəzər sahilindəki çimərlikərin polietilen tullantılardan təmizlənməsi kimi “gərəkli inqilabi işlər “ə sərf olunurdu.
 
“Suitilər “in hesabına Bakıda 6 QHT düz 5 il maliyyə vəsaitini təşkilat rəhbərlərinin maddi durumunun yaxşılaşmasına, polietilen paketlərin yığılması adı ilə ayda bir dəfə Bakı çimərliklərini dolaşaraq əllərində yırtıq paketlər tutub fotolar çəkdirən və sonra bunu hesabatlara əlavə edən 4 QHT isə həmin təşkilatların rəhbərlərinin şəhərdə 7 mənzil almasına xərclədilər.
 
Halbuki Qərbdə QHT-lərin fəaliyyəti çox ciddi dövlət nəzarətindədir və onlar xərclədikləri hər dollara, hər avroya görə hesabat verirlər.
 
Azərbaycandakı “qrant gəmiriciləri ” isə hələ də özlərini asudə, hətta çox asudə hiss edirlər.
 
Qərb Azərbaycanda aldandığını anlamağa başlayıb. Elə həmin Ukraynada inqilab etməyə 18 milyon dollar bəs etdisə, Azərbaycana yönələn milyonlar heç bir nəticə verməyib.
 
Çünki Ukraynadan fərqli olaraq, Azərbaycanda o pulları alanlar maddi durumlarında inqilab və rahatlıq təminatında çevrilişlərə xərcləyiblər.
 
İndi həmin xərclərin hesabını dövlət qurumları soruşmalıdır.
 
 
Milli.Az