Azərbaycanda xüsusi karantin dövründə qeydə alınan nikahların sayı məlum olub

Azərbaycan tətbiq edilən karantin dövründə 1224 nikah qeydə alınıb.

Bu sözləri “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirilən onlayn mətbuat konfransında Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.

O qeyd edib ki, karantin dövrü müddətində nikahların pozulması faktı qeydə alınmayıb. Bu proses müvəqqəti olaraq dayandırılıb.

AZƏRTAC