Azərbaycanın NATO ilə əməkdaşlığa başlamasının 20 illiyi ilə əlaqədar inşa müsabiqəsi keçiriləcəkdir

Bu il Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığa başlamasının 20 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi tərəfindən müvafiq tədbirlərin, o cümlədən Azərbaycan və NATO əlaqələrinin gələcəyi barədə inşa müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur…

Bu il Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığa başlamasının 20 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi tərəfindən müvafiq tədbirlərin, o cümlədən Azərbaycan və NATO əlaqələrinin gələcəyi barədə inşa müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, nümayəndəlik inşa müsabiqəsində iştirak etmək istəyən hər kəsi müsabiqəyə qoşulmağa dəvət edir.

Əlavə məlumat üçün aşağıdakı telefon nömrəsi və e-mail ünvanları ilə əlaqə saxlamaq mümkündür:

+322/707 2797

[email protected]; [email protected]

 

AzərTac.az