Azərbaycanlı deputatlar Avronest PA-nın İqtisadi komitəsinin iclasında iştirak edəcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Azər Kərimli Avronest PA-nın İqtisadi komitəsinin iclasında iştirak etmək üçün bu gün Belçikanın Brüssel şəhərinə gediblər…

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Azər Kərimli Avronest PA-nın İqtisadi komitəsinin iclasında iştirak etmək üçün bu gün Belçikanın Brüssel şəhərinə gediblər.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında infrastruktur sahəsində əməkdaşlıq: avtomobil yolları, dəmir yolları və hava nəqliyyatı ilə bağlı birgə layihələr” mövzusunda komitənin hazırlayacağı məruzə ilə əlaqədar ilkin müzakirələr aparılacaq.

 

Deputatlar müzakirələrdə yaxından iştirak edəcək, həmin layihələrlə bağlı rəy və təkliflərini bildirəcəklər.

/Apa/