Azərbaycanlılar Jirinovskinin deputat mandatının ləğv edilməsini tələb edirlər

“O, Rusiya xalqlarına sülh içində yaşamağa mane olur”…

“O, Rusiya xalqlarına sülh içində yaşamağa mane olur”.

Samara və Komidə yaşayan azərbaycanlılar Rusiyada azərbaycanlıların milli-mədəni muxtariyyəti liderinə, baş nazirin sabiq müavini Abbas Abbasovaxüsusi müraciət yollayıblar. 

Bu müraciətdə onlar müntəzəm şəkildə anti-Azərbaycan çağırış və ifadələrinə görə V.Jirinovskinin məsuliyyətə cəlb edilməsi tələbini dəstəkləyiblər.

Oxu.Az Haqqin.az-a istinadən bildirir ki, bu haqda AzerRos-dan məlumat verilib.

“V.Jirinovskinin Rusiya Federasiyasının Dövlət Dumasının deputatı olduğu üçün yüksək tribunaları bir çox xalqların, o cümlədən Azərbaycan xalqının ünvanına təhqiredici bəyanatlar üçün istifadə etmə faktı sivil cəmiyyət üçün dözülməzdir. O, Rusiya xalqlarına sülh və əminamanlıq içində yaşamağa mane olur.

Bununla əlaqədar V.Jirinovskinin deputat etikasını kobud şəkildə pozduğu və millətlərarası sülhü pozduğu üçün, ona qarşı intizam və mənəvi təsir tədbirləri görülməsini, eləcə də deputat mandatının dayandırılmasını tələb edirik və biz V.Jirinovskinin deputat mandatının geri çağırılması proseduruna başlamağa hazırıq”, – müraciətdə deyilir.

www.oxu.az