Axtarış

Qan yaddaşı

UNUTMA!

Xankəndi - 26.12.1991
Xocalı - 26.02.1992
Şuşa - 08.05.1992
Laçın - 17.05.1992
Xocavənd - 02.10.1992
Kəlbəcər - 04.04.1993
Ağdərə - 07.07.1993
Ağdam - 23.07.1993
Füzuli - 18.08.1993
Cəbrayıl - 23.08.1993
Qubadlı - 31.08.1993
Zəngilan - 30.10.1993
Nəşrlərimiz
ŞUŞA - QƏDİM AZƏRBAYCAN DİYARI
Təqvim
«    Yanvar 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Partnyorlarımız












































””/

Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır
Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır Dağlıq Qarabağ və ətrafındakı rayonların Ermənistan tərəfindən işğalına ən qısa müddətdə son qoymaq, azərbaycanlı qaçqınların rahatca evlərinə dönməsini təmin etmək üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin İndoneziyanın Palembanq şəhərində keçirilən konfransinda çıxışı zamanı bildirib.
"Bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır və bir milyon azərbaycanlı qardaşımız Dağlıq Qarabağ və ətrafındakı rayonlardan qovulub", deyə Çiçək xatırladıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Trend.
Tarix: 31 Yanvar 2012 | Kateqoriya: Xəbərlər
Saat

Son Xəbərlər
Sorğu
Ermənistan-Türkiyə yaxınlaşması Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcəkmi?

Bəli
Xeyir
Bilmirəm




Ünvan: Bakı ş. Azadlıq küç.,114 m 4, Tel./Faks: (994 12) 441 47 42; 440 50 70
E-mail: office@azerbaijanfoundation.az