Axtarış

Qan yaddaşı

UNUTMA!

Xankəndi - 26.12.1991
Xocalı - 26.02.1992
Şuşa - 08.05.1992
Laçın - 17.05.1992
Xocavənd - 02.10.1992
Kəlbəcər - 04.04.1993
Ağdərə - 07.07.1993
Ağdam - 23.07.1993
Füzuli - 18.08.1993
Cəbrayıl - 23.08.1993
Qubadlı - 31.08.1993
Zəngilan - 30.10.1993
Nəşrlərimiz
ŞUŞA - QƏDİM AZƏRBAYCAN DİYARI
Təqvim
«    Mart 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Partnyorlarımız












































””/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşibAzərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 29-da saat 16:50-dən 16:55-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17:05-dən 17:10-dək və 17:15-dən 17:20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimizi, saat 11:30-dan 11:35-dək, 23:47-dən 23:56-dək və martın 30-da saat 05:46-dan 05:57-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan və Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar...
Tarix: 30 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
ABŞ və Rusiya Dağlıq Qarabağ nizamlamasını müzakirə ediblərCenevrədə RF xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin ABŞ dövlət katibinin müavini Filip Qordonla Dağlıq Qarabağ nizamlaması məsələsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə martın 29-da Rusiya XİN-in yaydığı məlymatda deyilir...
Tarix: 30 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozubErmənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər martın 28-də saat 14:25-dən 14:28-dək və 20:15-dən 20:20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi, saat 14:50-dən 15:15-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, martın 29-da saat 02:53-dən 03:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar...
Tarix: 29 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "seçkilər"Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "seçkilər" sülhyaratma proseslərinə mənfi təsir göstərir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib...
Tarix: 29 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edirAzərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 11:10-dan 11:15-dək, martın 27-də saat 00:30-dan 00:40-dək, 02:40-dan 02:45-dək və 02:20-dən 02:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi; saat 02:55-dən 03:10-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:40-dan 05:50-dək, 05:45-dən 05:50-dək və 05:50-dən 06:00-dək Füzuli rayonunun Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar...
Tarix: 27 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Serj Sarkisyanın sözlərinə zidd hərəkətləri region xalqlarının gələcəyinə mənfi təsir göstərir Ermənistan Prezidenti Serj Sarkisyanın ən azı sözdə regionun və orada məskunlaşan xalqların gələcəyinə qayğı göstərdiyini eşitmək sevindiricidir. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Serj Sarkisyanın son çıxışını şərh edərkən deyib.
"Təəssüf ki, Ermənistan hakimiyyətinin işdə regionun stabilliyi və çiçəklənməsinə cəhd göstərməsi hiss olunmur. Prezident Sarkisyan Dağlıq Qarabağ ətrafındakı sülh prosesinə özünün destruktiv yanaşması ilə regionun inkişafını əngəlləyir", - Abdullayev deyib...
Tarix: 27 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Ermənistan Silahlı Qüvvələri 10 istiqamətdə atəşkəsi pozubErmənistan Silahlı Qüvvələri 10 istiqamətdə atəşkəs rejimini pozub...
Tarix: 16 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvo davam edə bilməzDağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvo davam edə bilməz. Trend-in "Armeni Today"-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü regional səfər çərçivəsində Ermənistana gələn Almaniyanın xarici işlər naziri Qido Vestervelle Yerevanda keçirilən mətbuat konfransında bildirib.
Vestervellenin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması regionun bütün ölkələrinə fayda verəcək. O, ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmanın kompromisli variantının tapılmasının vacibliyini qeyd edib...
Tarix: 16 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Dağlıq Qarabağ münaqişəsi ən qısa müddətdə və beynəlxalq hüquqa riayət edilməklə həll olunmalıdırNATO-nun Dağlıq Qarabağ münaqişəsində iştirak etmək niyyəti və planları yoxdur, hətta hazırda Minsk qrupunun himayəsi altında aparılan sülh prosesində də iştirak etmir. Trend-in məlumatına görə, bunu alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay müsahibəsində deyib. Xəbəri NATO-nun Community.org saytı yayıb.
"Minsk prosesinin gedişi ilə bağlı narahatlıq mövcuddur. Biz burada, NATO-nun mənzil-qərargahında son bir neçə həftədə iki prezidentdən [Azərbaycan və Ermənistan] onların prosesə və Dağlıq Qarabağ böhranının dinc yolla nizamlanmasına tərəfdar olduqlarını eşitdik. Lakin reallıq belədir ki, Minsk prosesində xüsusilə son vaxtlar çətinliklər müşahidə olunur", - Appaturay deyib...

Tarix: 16 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşibCəbhədə vəziyyət yenidən gərginləşib...
Tarix: 15 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Elmar Məmmədyarov: “Azərbaycan sülh danışıqlarını davam etdirəcək”“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların nəticəsiz qalmasına baxmayaraq Azərbaycan sülh danışıqlarını davam etdirəcək”.
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib.
“Ümidvaram ki, Ermənistan rəhbərliyi nəhayət ortaq həll yolu tapmaq üçün siyasi iradə göstərəcək”...
Tarix: 15 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
ABŞ-dan Qarabağ bəyanatı“ABŞ tərəfləri əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırır”
ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmür.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib...
Tarix: 15 Mart 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
← Geri    1 2 3    İrəli →
Saat

Son Xəbərlər
Sorğu
Ermənistan-Türkiyə yaxınlaşması Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcəkmi?

Bəli
Xeyir
Bilmirəm




Ünvan: Bakı ş. Azadlıq küç.,114 m 4, Tel./Faks: (994 12) 441 47 42; 440 50 70
E-mail: office@azerbaijanfoundation.az