Barak Obama: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məzmunlu addımlar atılmasını tələb edir”

“Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olmaq üçün dəstəyimizi davam etdirəcəyik. Uzunmüddətli sülh və təhlükəsizliyə gətirib çıxaracaq bu nizamlanma prosesi məzmunlu addımlar atılmasını tələb edir”…

“Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olmaq üçün dəstəyimizi davam etdirəcəyik. Uzunmüddətli sülh və təhlükəsizliyə gətirib çıxaracaq bu nizamlanma prosesi məzmunlu addımlar atılmasını tələb edir”. APA-nın məlumatına görə, bu fikirlər ABŞ prezidenti Barak Obamanın yenidən prezident seçilməsi münasibətilə Serj Sərkisyana göndərdiyi təbrik məktubunda yer alıb.

Barak Obama həmçinin qeyd edib ki, ABŞ Ermənistan-Türkiyə münasibətlərinin mümkün nizamlanması istiqamətində işi davam etdirməyi arzulayır.

/Apa/