Barrozu: Azərbaycandan qaz alacağıq

Brüsseldə ABŞ və Aİ-nin zirvə görüşü keçirilib…

Brüsseldə ABŞ və Aİ-nin zirvə görüşü keçirilib.

Martın 26-da ABŞ-Aİ zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Avropa Komissiyasının sədri Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.

Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, Avropa Komissiyasının sədriJoze Manuel Barrozu bunu bildirib:

“Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün “Cənub Qaz Dəhlizi” vasitəsi ilə biz ilk dəfədir ki, Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq” – “Eunews” saytı yazır.

www.oxu.az