Bir ay ərzində Azərbaycanda 31 mina tapılaraq zərərsizləşdirilib

Əməliyyatlarda 36 minaaxtaran it iştirak edib…

Əməliyyatlarda 36 minaaxtaran it iştirak edib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mart ayı ərzində 2315700 kvadrat metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 589 PHS, 29 ədəd tank və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Mart ayında 1 mina/PHS hadisəsi qeydə alınıb.

Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək 252 725 499 kvadrat metr ərazi təmizlənib və 689672 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Qəbələ, Xocavənd, Lənkəran, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

www.oxu.az