Bir ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 1562 şikayət daxil olub

Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciət, ərizə, şikayət və təkliflərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, Dövlət Komitəsinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatına əsasən, il ərzində Komitəyə 3571 vətəndaş müraciəti, o cümlədən 2002 ərizə və 1562 şikayət və 7 təklif daxil olub.

Hesabatda bildirilir ki, Komitə tərəfindən “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi barədə” və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri hazırlanıb.