BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib…
BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qətnamə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırır.
BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.
/Trend/