Brüsseldə Dağlıq Qarabağ münaqişənin həlli prosesi müzakirə olunacaq…
Brüsseldə Dağlıq Qarabağ münaqişənin həlli prosesi müzakirə olunacaq.
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından Trend-ə verilən məlumata görə, 2014-cü il 27 mart tarixində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov “Cənubi Qafqazın gələcəyi: Dağlıq Qarabağ münaqişənin həllində iqtisadi təşəbbüslərin sülh quruculuq prosesinə təsiri ” mövzusunda dəyirmi masada iştirak etmək üçün Brüsselə səfər edib. Onun tədbirdə çıxışı nəzərdə tutulur.
İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov Brüsselə səfəri çərçivəsində bu tədbirlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında icmaların aktiv fəaliyyəti ilə bağlı bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, “Avropa Geosiyasi Forumu ” tərəfindən təşkil edilmiş tədbir Avropa Parlamentində baş tutacaq.
/Trend/