“Bu, Ermənistan vətəndaşlarına bir mesaj idi “

“Azərbaycanın iqtisadi potensialı gücləndikcə, Ermənistanda bu proses tamamilə əks istiqamətdə gedir”…

 
Bu sözləri Milli.Az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
 
“Son dövrlərdə qonşu ölkənin sərhədlərini tərk edən insanların sayı artıb. Ermənistanın rəsmi dairələri tərəfindən də etiraf olunan bir faktdır. Azərbaycan prezidenti hər dəfə belə açıqlamalarla çıxış etdikdə bu köçün, insanların ölkəni tərk etməsinin sayı daha da artır. Ermənilər də artıq yaxşı başa düşürlər ki, Azərbaycan prezidentinin açıqlamalarının arxasında konkret güc, konkret potensial dayanır. Cəbhə xəttində baş verən son hadisələr də bunu sübuta yetirdi ki, erməni tərəfinin hər hansı təxribatının qarşısında Azərbaycan silahlı qüvvələri kifayət qədər ciddi cavab verəcək. Atılan hər təxribat xarakterli addım öz cavabını alacaq. Şübhəsiz, buna istinad edilərək səsləndirilib bu fikirlər. Ermənistan daxilində baş verən proseslər də bu ölkənin rejiminin, hərbi-siyasi xuntanın bu ölkənin vətəndaşlarına nə qədər ciddi problemlər yaşatdığını ortaya qoydu”, – o əlavə edib. 
 
E.Mirzəbəylinin sözlərinə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı açıqlamalarında  Ermənistan vətəndaşlarına bir mesaj var idi. Azərbaycan gücləndikcə, öz imkanlarını genişləndirdikcə, Ermənistanın durumu bundan daha acınacaqlı vəziyyətə düşəcək. Azərbaycan bölgədə sülhün təminatçısıdır və bütün xalqlar üçün firavan həyat istəyir.
 
“Bildiyiniz kimi, Ermənistanda etiraz dalğaları gündən-günə güclənir. Enerji daşıyıcılarının, ərzaq məhsullarının qiymətləri gündən-günə artır. Artıq bu ölkəni himayə edən dövlətlər də Ermənistanın iqtisadiyyatına hər hansı bir sərmayə qoymaq niyyətində deyillər. Ermənistan hava yolları belə öz fəaliyyətini dayandırıb. Bu real nəticədir”, – partiya rəsmisi vurğulayıb. 
 
 
Milli.Az