Bu gün iki Milli Qəhrəmanımızın doğum günüdür

Abdullayev öz yoldaşlarını əsir düşməkdən xilas edərkən, qəhrəmancasına şəhid olub…

 

Abdullayev öz yoldaşlarını əsir düşməkdən xilas edərkən, qəhrəmancasına şəhid olub.

Azərbaycanın Milli Qəhrəmanları Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.

O, 1992-ci ilin əvvəllərində könüllü olaraq Milli Orduya yazılıb. Tank komandiri kimi Ağdamın Papravənd, Pircamal, Aranzəmin, Abdal-Gülablı kəndləri, Ağdərə rayonu istiqamətində rəşadətlə vuruşub. 1992-ci il avqustun 27-də Dronbon kəndi yaxınlığında əsgər yoldaşlarını mühasirədən çıxarmaq üçün qeyri-bərabər döyüşə girib və qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakının küçələrindən biri onun adınadır.

Etibar Firidun oğlu Hacıyev 1971-ci il aprelin 5-də Qərbi Azərbaycanın Zod kəndində anadan olub. O, 1991-ci ilin oktyabr ayından başlayaraq könüllü özünümüdafiə taburunun tərkibində Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndləri, Çəpərqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 1992-ci ilin iyunun 15-də Goranboy rayonunun Ağcakənd qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Subay idi.

Göygöl rayonunda Şəhidlər Xiyabanında dəfn edilib. Göygöl rayonu Yeni Zod kəndinin küçələrindən biri onun adını daşıyır.

www.oxu.az