Bu gün Milli Qəhrəmanın doğum günüdür

Rzayev öz tankı ilə Xocalıda qətlə yetirilən insanların köməyinə getdi…

Rzayev öz tankı ilə Xocalıda qətlə yetirilən insanların köməyinə getdi.

 

Azərbaycanın Milli Qəhrəmanı Canbulaq (Canpolad) Rzayevin doğum günüdür.

 

Oxu.Az xəbər verir ki, Canbulaq (Canpolad) Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonu Əhmədavar kəndində anadan olub.

 

Leytenant C.Rzayev Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə bir komandir kimi rəşadətlə vuruşub.

 

1992-ci il fevralın 26-da C.Rzayev öz tankı ilə Xocalıda qətlə yetirilən insanların köməyinə getdi, düşmənin atəş mövqelərini məhv edərək xeyli insanın xilas olmasına şərait yaratdı, axıra qədər döyüşdü və şəhid oldu.

 

Məzarı Ağdam rayonunun Şəhidlər Xiyabanındadır.

 

/oxu.az/