Cəbhə xəttində gərginlik davam edir

Erməni silahlı birləşmələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub…

Erməni silahlı birləşmələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıl Oba və Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/