Cəbhədə mina partladı: 3 hərbçi şəhid olub, 4 hərbçi yaralanıb

Hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb…

Hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində yaralanan hərbçilərin adı məlum olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralı əsgərlər hospitala yerləşdirilib.

Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.

09:34

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri – əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər.

Ordumuzun daha bir-neçə hərbçisinin ağır yaralandığı bildirilir.

www.oxu.az