Cəbhədən son məlumat

Ermənilərin təxribatı davam edir…

Ermənilərin təxribatı davam edir.

Erməni silahlı bölmələri atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az