Gələcək əsgərlər tezliklə xidmət keçəcəkləri hərbi hissələri öyrənə biləcəklər…
Gələcək əsgərlər tezliklə xidmət keçəcəkləri hərbi hissələri öyrənə biləcəklər.
Aprel ayında həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşları martın 31-dən xidmət keçəcəkləri hərbi hissələr barədə məlumatı öyrənə biləcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Xidmətin çağırışçılarla bağlı elektron bazası martın 31-də aktivləşəcək. Vətəndaşlar qurumun rəsmi internet saytında elektron xidmətlər bölməsinə özləri barədə müvafiq informasiyanı daxil etməklə, göndəriləcəkləri hərbi hissə barədə məlumat ala bilərlər.