“ABŞ Rusiyanın Ukraynadakı əməllərini qəbul etməsə də, ölkə ilə birgə işi davam etdirmək üçün sahələr mövcuddur – bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir “…
“ABŞ Rusiyanın Ukraynadakı əməllərini qəbul etməsə də, ölkə ilə birgə işi davam etdirmək üçün sahələr mövcuddur – bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir “. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter ” səhifəsində yazıb.
Amerikalı həmsədr həmçinin bildirib: “Ukraynada baş verən hadisələrdən Dağlıq Qarabağ münaqişəsi üçün nə öyrənə biləcəyimizi nəzərə almalıyıq “.
Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu üzrə referendum keçirilib. Krımda keçirilən referendumda iştirak edən seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.
Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış edib.
Xatırladaq ki, Krım hadisələrində görə ABŞ ilə Rusiya arasında gərginlik yaranıb.
/trend/