Nüfuzlu “Emporis ” şirkətinin versiyasına görə, Heydər Əliyev Mərkəzi binaların qiymətləndirilməsi üzrə dünyanın 15 ən gözəl konsert zalları siyahısında birinci olub…
Nüfuzlu “Emporis ” şirkətinin versiyasına görə, Heydər Əliyev Mərkəzi binaların qiymətləndirilməsi üzrə dünyanın 15 ən gözəl konsert zalları siyahısında birinci olub. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın CNN telekanalının saytı yazıb.
Məqalədə deyilir: “Hamburqda yerləşən şirkət dünyanın daha böyük təəssürat oyadan konsert zallarının siyahısını tərtib edib. Bizim günümüzdə konsert zallarının binaları da gözəl arxitekturaya malik olurlar “.
Reytinqi tərtib edən şirkətin fikrincə, bu gün öz memarlıq siması, dizayn üslubu, rəng həlləri ilə fərqlənən çoxlu konsert zalları tikilir.
Məqalədə bildirilir: “Şirkətin reytinqində birinci yeri Bakıdakı Heydər Əliyev Mərkəzi tutur. “Ağ binanın qatlanmış, dalğavari forması onun mənzərədən hazırlanması illüziyası yaradır “.
Daha sonra reytinqdə 1963-cü ildə tikilmiş Berlin filarmoniyasının binası, Rio-de-Janeyrodakı “Cidade Das Artes ” və Sinqapurdakı “Esplanade ” binaları göstərilir.
Reytinqə ABŞ-da tikilmiş iki bina daxil edilib. Onlardan biri “Disney Concert Hall “-dur. Sayt yazır ki, müəlliflərin fikrincə, bina “bir-birinin içərisinə qoyulmuş əyilmiş metal lövhələrə bənzəyir… və onun dizaynı qəribə fantaziyaları xatırladır “.
Məqalədə deyilir ki, bu reytinqin gözlənilməz səhvlərindən biri məşhur Sidney operasının oraya daxil edilməməsidir.
/Trend/