Cocuq Mərcanlıda gün ərzində 4 hektardan çox ərazi təmizlənib

ANAMA dekabrın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə növbəti gündəlik operativ məlumatını yayıb.

Kənddə gün ərzində 42 100 kv.m (4.21 ha) ərazi tam təmizlənib, 6 500 kv.m (0.65 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 48 600 kv.m (4.86 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir. 17 gün ərzində 9 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Report