ATƏT-in Parlament Assambleyasının (PA) 2012-ci il illik yay sessiyası iyul ayının birinci ongünlüyündə Monakoda keçiriləcək.
Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Sessiyada Belqrad deklarasiyasının yerinə yetirilməsi ilə bağlı hesabat və komitələrdə qətnamələr, o cümlədən Monako deklarasiyasının qəbul ediləcəyi gözlənilir. Muradova deyib ki, sessiya zamanı siyasi məsələlərə də önəm veriləcək. Dağlıq Qarabağla bağlı Monako sessiyasına təqdim olunacaq hesabat və onun əsasında hazırlanacaq qətnamə üzərində iş gedir… Trend.