“Bunu həyata keçirənlər ən sərt cavabı alacaqlar”…
“Bunu həyata keçirənlər ən sərt cavabı alacaqlar”.
Dövlət iclaslarının dinlənilməsi açıq şəkildə cəsusluq və Türkiyəyə müharibə elan etməkdir.
Oxu.Az Novosti Azərbaycan-a istinadən bildirir ki, bu haqda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Kutahyedə jurnalistlərə verdiyi müsahibəsində danışıb.
Dünən Suriyada yerləşən Türkiyəyə məxsus Süleyman Şah sərdabələrinə terroristlərin hücumu təqdirində qorunma planının yüksək vəzifəli məmurlar tərəfindən müzakirə edildiyi iclasın görüntülərinin YouTube-a yerləşdirildikdən sonra, Türkiyənin telekommunikasiyalar Departamenti bu resursa girişi bağlayıb.
“Dinləmə (hökumətin məxfi iclaslarını) – Türkiyəyə müharibə elan etməkdir. Onların məqsədi Türkiyənin zəif olduğunu nümayiş etdirməkdir. Bu, açıq şəkildə cəsusluqdur. Və bunu edənlər ən sərt cavabla qarşılaşacaqlar”, – Davudoğlu deyib.
Keçən həftə Türkiyə hökuməti məhkəmə qərarı ilə Twitter mikrobloqlar servisini bağladılar. Ərdoğan həmçinin qeyd edib ki, Facebook, Twitter və YouTube kimi servisləri müdafiə etmək lazım deyil, çünki bu resurslarda adətən “hər cür yalan” dərc edilir. Amma Ankaranın İnzibati məhkəməsi türk hökumətinin Twitter servisinin bağlanması haqqında sərəncamını dayandırıb.