“Türkiyə əleyhdarları olan bəzi dairələr bu məsələni gündəmə gətirərək təzyiq göstərməyə çalışır”…
“Türkiyə əleyhdarları olan bəzi dairələr bu məsələni gündəmə gətirərək təzyiq göstərməyə çalışır”.
Türkiyə “erməni soyqırımı” məsələsində özünə güvənir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Nazir tarixi mövzuların tarixçilər tərəfindən araşdırılmasının vacibliyini söyləyərək qeyd edib ki, bu cür mövzular heç bir zaman siyasi baxımdan istismar edilməməlidir:
“Belə prinsipial mövqeyi bir neçə dəfə dünyaya elan etdik. Türkiyə Böyük Millət Məclisində müştərək tarix komissiyası yaratmaq barədə 2005-ci ildə təklif verdik. Bu gün Türkiyə əleyhdarları olan bəzi dairələr bu məsələni gündəmə gətirərək Türkiyəyə təzyiq göstərməyə çalışır. Türkiyə prinsipial mövqeyini bu cür məsələdə həmişə davam etdirəcək. Cənab Kerri də Türkiyə-Amerika dostluğunu, strateji əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq, bu mövzuda əllərindən gələni edəcəyini ifadə edib”.
Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” haqqında qətnamə layihəsini qəbul edib.