“Atəşkəsin imzalanmasından 20 il keçir”…
“Atəşkəsin imzalanmasından 20 il keçir”.
Azərbaycan tezliklə torpaqlarını geri qaytarmalıdır.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Milli Məclisin deputatı İlyas İsmayılov deyib.
O bildirib ki, atəşkəsin imzalanmasından 20 il keçir. Amma ATƏT-in bu məsələdə heç bir fəaliyyəti yoxdur. Çünki ATƏT Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. ATƏT-in qərarları hüquqi xarakter daşımır. Çünki bu qurum tərəfindən Ermənistana heç bir təzyiq olunmur. ATƏT-in qərarları tövsiyə xarakteri daşıyır.
Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejiminə dair müqavilə 1994-cü il mayın 12-də imzalanıb.