Dövlət Komitəsi: Uşaq və yeniyetmələr internet asılılığına daha çox məruz qalır

“İnternetin əsas istifadəçiləri olan uşaq və yeniyetmələr internet asılılığına daha çox məruz qalır”…

“İnternetin əsas istifadəçiləri olan uşaq və yeniyetmələr internet asılılığına daha çox məruz qalır”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) APA-ya verilən məlumatda bildirilib ki, kompüter və internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuzu faydalı olduğu qədər də təhlükəli və zərərlidir: “İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir. Bu məsələnin aktuallığını nəzərə alaraq Komitənin dəstəyi ilə “Azərbaycanın Gələcəyi” Uşaq və Gənclər Təşkilatının fəalları üçün mütəmadi olaraq müxtəlif mövzularda təlimlər keçirilir. Növbəti təlim də fevralın 7-də “Gənc istedadlar” liseyində keçiriləcək. Təlimin mövzusu “İnternet təhlükəsizliyi”dir”.

 

Qeyd edək ki, təlimdə ekspertlər mövzu ilə bağlı təqdimatlar edəcək, uşaqlarla qrup işləri, müzakirələr aparılacaq, həmçinin, internet-onun faydaları, zərəri ilə bağlı müvafiq məlumat və məsləhətlər veriləcək.

 

Apa.az