Dövlət Komitəsinin sədri Şamaxı “Cümə” məscidində olub

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Elşad İskəndərov Prezident İlham Əliyev sərəncamı ilə bərpa edilmiş tarixi Şamaxı “Cümə” məscidinə baş çəkib…

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Elşad İskəndərov Prezident İlham Əliyev sərəncamı ilə bərpa edilmiş tarixi Şamaxı “Cümə” məscidinə baş çəkib.

 

Komitədən APA-ya verilən məlumata görə, məscidin yeni dini icması tərəfindən yaradılmış kitabxanaya Dövlət Komitəsinin kitabxanasından 100 adda ədəbiyyat təqdim edilib.

 

Dövlət Komitəsinin sədri Şamaxı “Cümə” məscidinin yeni dini icmasının üzvləri ilə görüşüb. Görüş zamanı dini icma üzvləri Prezident İlham Əliyevin din sahəsinə diqqət və qayğısını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin müəyyən etdiyi fəaliyyət proqramına uyğun olaraq komitə tərəfindən dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.

 

/Apa/