Nazirlər Kabinetinə tapşırıq verilib…
Nazirlər Kabinetinə tapşırıq verilib.
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirilən dövlət şəhərsalma nəzarətinin nəticələri barədə hər ilin yekunlarına görə Prezident Administrasiyasına məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməlidir və bu barədə Nazirlər Kabinetini məlumatlandırmalıdır.