Dövlət Komitəsinin sədri: “Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərslik hazırlanır”

“Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq “Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Dmanisi rayonunda yerli azərbaycanlılarla görüşü zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, dərslik Azərbaycandan kənarda yaşayan soydaşlaraımız üçün çox vacibdir: “Dərsliyin yaxın zamanlarda təqdimtaı keçiriləcək. Gürcüstan azərbaycanlıları bu dərslikdən istəsələr, onlar üçün də həmin dərsliklər göndəriləcək”.

F.Muradov qeyd edib ki, məşğələlər və ədəbi əsərlərin yer aldığı dərsliyin hazırlanmasında xarici ölkələrin təcrübəsindən istifadə olunub.

Report