Dövlət Miqrasiya Xidməti Ağdaşda maarifləndirmə tədbiri keçirib

Yevlax regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Ağdaş  rayonunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları, rayon sakinləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ibarət 85 nəfər iştirak edib.

Regional miqrasiya idarəsinin məsul əməkdaşları əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkəmizdə yaradılmış şərait, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri,  eləcə də olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma, müvəqqəti və daimi yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlığa qəbul, bərpa  və vətəndaşlığa xitam verilməsi, miqrasiya qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət barədə geniş məlumat veriblər. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ-ın funksiyaları haqıında geniş informasiya verilib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dövlət Miqrasiya Xidməti