Ebolaya qarşı dərman tapıldı

“Bu, çox həvəsləndirici ilk siqnaldır”…

“Bu, çox həvəsləndirici ilk siqnaldır”.

Ebola virusuna qarşı vaksinanın insanlar üzərində sınağı uğurla başa çatıb. İyirmi könüllü üzərində vaksininin sınağı göstərdi ki, preparatın böyük dozalarla qəbulu sağalma şansını artırır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə noyabrın 27-də BBC News məlumat yayılıb.

Vaksin tədqiqat iştirakçısının hər birinin orqanizmində güclü umunitet cavabı yaradıb, bu məlumat ABŞ Milli Səhiyyə İnstitututunun hesabatında yazılıb. Təcrübədə 20 yetkin yaşlı insan iştirak edib.

Ebolanın müalicəsi üçün preparatı GlaxoSmithKline şirkəti hazırlayır. Şirkətin rəhbəri Endryu Uitti tədqiqatın nəticələrini belə qiymətləndirib: “Bu çox həvəsləndirici ilk siqnaldır”. Onun fiikrinə görə, təklif olunan vaksini xəstəliklə mübarizədə irəliləyiş hesab etmək üçün hələ aylarla sınaqlar aparmaq lazımdır.

GlaxoSmithKline şirkətinin preparatı iki aydan artıqdır ki, sınaqdan keçir. Ümumilikdə vaksinin sınaqlarında ABŞ, Böyük Britaniya, Mali və İsveçrədən olan 200-dən çox insan iştirak edib.

ÜST 27 noyabra olan məlumatına görə, dünyada 15 min 935 yoluxma hadisəsi qeydə alınıb, xəstəlikdən 5 min 689 nəfər həlak olub. Ən çox zərərçəkənlər Qvineya, Liberiya və Syerr-Leondan olub.

www.oxu.az