Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

Bu barədə “Report”a XİN-in Mətbuat xidmətindən məlumat verilib.  Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələlxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Report