Elmira Axundova: “Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmədə cəzalandırılmalıdır”

“Xocalı soyqırımını dünya səviyyəsində tanıdılması üçün böyük işlər görülüb”…

“Xocalı soyqırımını dünya səviyyəsində tanıdılması üçün böyük işlər görülüb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elmira Axundova deyib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər o cümlədən, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası bütün dünyada böyük nəticələr verib: “Xocalı soyqırımı haqqında yazılan kitablar Leyla xanım Əliyevanın təşəbbüsü ilə rus dilinə tərcümə olunaraq Moskvada çap olunur. Bir sözlə, Azərbaycan həqiqətləri dünyaya çatdırılır”.

 

Millət vəkili qeyd edib ki, erməni tarixçisi Robert Arakilov Azərbaycan həqiqətlərini dəstəkləyib kitab yazıb və həmin kitab xaricdə çap olunaraq rus dilli oxucullara təqdim olunub: “Biz Xocalı soyqırmını dünya səviyyəsində tanıdılması üçün böyük işlər görmüşük. Lakin əsas məsələ Xocalı soyqırımın təşəbbüskarlarının günahlandırılması və cəzalandırılaraq cinayət məsulliyyətinə cəlb olunmasıdır. Xocalı soyqırımının törədildiyi ilk illərdə Tatyana Çaladze Xocalı soyqırımı ilə bağlı böyük işlər görüb. Bütün şəhid ailələrini dinləyib onlar haqqında sənədləri toplayaraq Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə böyük bir kitab halına salıb. Bu sənədlər əsas verir ki, beynəlxalq məhkəmələrə müraciət edək və o insanları beynəlxalq səviyyədə cəzalandıraq”.

 

/sia/