Amerikanın Erməni Milli Konqressi (ANCA) ABŞ-ın dövlət katibi Con Kerrinin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin böyük rol oynamasını etiraf etdiyinə görə tənqid edib. ANCA Kerrini “odun üzərinə yağ tökməkdə ” ittiham edib…
Amerikanın Erməni Milli Konqressi (ANCA) ABŞ-ın dövlət katibi Con Kerrinin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin böyük rol oynamasını etiraf etdiyinə görə tənqid edib. ANCA Kerrini “odun üzərinə yağ tökməkdə ” ittiham edib. “Armenpress ” agentliyi məlumat verir ki, “ANCA ” “Facebook ” sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, Türkiyə və Ermənistan dostluğunun olmamasına baxmayaraq, dövlət katibi Con Kerri Dağlıq Qarabağ məsələsində Ankaranın böyük rolu olduğunu ön plana çəkir.
ABŞ-ın dövlət katibi Con Kerri aprelin 18-də Nümayəndələr Palatasında çıxışı zamanı bildirib ki, Türkiyə Dağlıq-Qarabağ və Kipr məsələlərinin həllində konstruktiv oyunçu olacaq.
“Türkiyə bizimlə iki həll olunmayan münaqişə barədə danışıqlar aparır – Dağlıq Qarabağ münaqişəsi və Kipr probleminin həlli. Türkiyə bu problemlərin həll olunmasında əhəmiyyətli rol oynayır “, – “Anadolu ” agentliyi Kerrinin sözlərinə istinadən bildirir.
/Trend/