Ermənistanın xarici borcu 2013-cü ildə 4,4 faiz artıb…
Ermənistanın xarici borcu 2013-cü ildə 4,4 faiz artıb. Modern.az Ermənistan mətbuatına istinadən bildirir ki, bu haqda ölkənin Mərkəzi Bankının hesabatında qeyd olunub. Hazırda Ermənistanın xarici borcu 4 milyard dolları keçib. Məhz bu səbəbdən maliyyə məsələsi ciddi problemə çevrildiyindən çoxları bu sahə üzrə vəzifədən imtina edir. Ermənistanın maliyyə nazirinin müavini Pavel Safaryan deyib ki, borc az ola bilərdi, bu başqa məsələdir, ancaq borca görə bu sahəni heç kimin idarə etmək istəmədiyini iddia etmək doğru deyil”.
Modern.az