Ermənistana qaçan Cavid Orucov: Bizə on gündən bir yemək verirlər

“Görünür Avropa diplomatları erməni hakimiyyətinin laqeyd münasibətini nəzərə almayıblar…”….

“Görünür Avropa diplomatları erməni hakimiyyətinin laqeyd münasibətini nəzərə almayıblar…”.

Hal-hazırda Ermənistanda olan, ordan isə hər hansı bir Avropa ölkəsinə yollanmaq niyyətində olan Azərbaycan vətəndaşı Cavid Orucov BBC teleradio şirkətinə müsahibə verib.

Oxu.Az bu haqda məlumatı BBC-yə istinadən verir.

“Biz (Orucov Ermənistana uşaqları və həyat yoldaşı ilə gedib – red.) qaçqınlar üçün mərkəzdə məskunlaşmışıq. Suriya erməniləri, Afrika və iranlılar ilə birgə yaşayırıq. Yataqxana qonşularımızla normal yola gedirik”, – BBC-yə müsahibə verən Orucov saxlanma şəraitindən şikayət edib.

C.Orucov BMT Ali komissarlığının nümayəndəsi ilə heç cür görüşə bilmədiyindən şikayət edib.

“Məni heç onun yanına belə buraxmadılar. Mən artıq üç aydır ki, burdayam, amma onunla hələ də görüşə bilməmişəm”, – deyib.

Müsahibəni Yerevanın mərkəzində şəhər meydanlarının birində oğlu ilə gəzərkən verib. Onun sözlərinə görə onlara mühafizə verilməyib. Təhlükəsizlik problemini Orucov qeyd etməyib, amma mümkün insidentləri də istisna etmədi.

C.Orucov qeyd edib ki, əgər erməni hakimiyyət orqanlarının laqeydliyi belə davam edərsə o, ailəsini Ermənistanda qoyub, Azərbaycana qayıdacaq.

“Burada mən əlbəttə ki, işləyə bilməyəcəm. Mən heç bilmirəm bizim başımıza nə gələcək. Heç kim heç nə demir”, – o deyib.

Xatırladaq ki, Azərbaycan vətəndaşı Cavid Orucov yanvar ayının 29-da erməni tərəfinə siyasi sığınacaq üçün müraciət edib. Müəyyən edilib ki, o ailəsi ilə birlikdə Ermənistana keçərək Azərbaycan vətəndaşlığından imtina edir, və sonda üçüncü ölkəyə köçür.

“Ona Ermənistana qaçmağı, Avropa dövlətlərindən birinə keçmək üçün dərhal müvafiq orqanlara müraciət etməyi məsləhət gördülər. Bu zaman ona Azərbaycan və Ermənistan arasında faktiki müharibə vəziyyətini nəzərə alaraq onun geri qayıtmağının mümkün olmadığını bəyan etdilər.

Görünür Avropa diplomatları erməni hakimiyyətinin laqeyd münasibətini nəzərə almayıblar. Onların laqeydliyini izah etmək asandır. Amma Orucovun buna hansı ağılla razılaşdığını izah etmək çox çətindir. Onun vəziyyətinə və Azərbaycana qayıtma niyyətinə baxılarsa, onu burda heç kimin təqib etmədiyi anlaşılır, sözün düzü, heç ac qalana da oxşamır”, – deyə agentliyin nümayəndəsi qeyd edib.

 

/Oxu.az/