Ermənistanın baş naziri istefa verib

Tiqran Sarkisyan Ermənistan hökumətinə 2008-ci il aprelin 9-dan rəhbərlik edirdi…

Tiqran Sarkisyan Ermənistan hökumətinə 2008-ci il aprelin 9-dan rəhbərlik edirdi.

Ermənistanın baş naziri Tiqran Sarkisyan istefa verib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov bildirib.

“Baş nazirin istefası Ermənistan Respublika Partiyası tərəfindən qəbul olunub” deyə Eduard Şarmazanov hakim Respublika Partiyasının idarə heyətinin iclasından sonra bildirib.

“Tiqran Sarkisyan hələ bir ay əvvəl bu xahişlə prezidentə müraciət edib, lakin, Konstitusiya Məhkəməsində icbari pensiya sisteminə dair dinləmələr keçirildiyinə görə səbəbindən prezident ondan gözləməsini xahiş edib və bu gün baş nazirin xahişi təmin edilib”, deyə o əlavə edib. 

Qeyd edək ki, Tiqran Sarkisyan Ermənistan hökumətinə 2008-ci il aprelin 9-dan rəhbərlik edir.

www.oxu.az