Ermənilər cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Erməni silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub…

Erməni silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan və Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/